Putin: "Ukraynada uzunmüddətli sülh və Rusiyanın təhlükəsizliyini hədəfləyirik"
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı verdiyi açıqlamada Moskvanın əsas məqsədinin uzunmüddətli sülhü təmin etmək və Rusiyanın təhlükəsizliyini qorumaq olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, Putin bu fikirləri Rusiyanın dövlət telekanalı "Rossiya 1"ə verdiyi müsahibəsində səsləndirib. O, Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatlarını davam etdirmək üçün kifayət qədər gücə malik olduğunu vurğulayıb.
"Biz 2022-ci ildə başladığımız bu "xüsusi hərbi əməliyyatı" Rusiyanın maraqlarına uyğun və məntiqli sonluğa çatdırmaq üçün kifayət qədər gücə malikik. Məqsədimiz mövcud böhranın səbəblərini aradan qaldırmaq, uzunmüddətli və dayanıqlı sülh üçün şərait yaratmaq və Rusiyanın dövlət təhlükəsizliyini təmin etməkdir", – deyə Putin qeyd edib.
Rusiya lideri həmçinin vurğulayıb ki, Ukraynada yaşayan rusdilli əhalinin hüquq və maraqlarının müdafiəsi də əsas prioritetlərdəndir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında üç il fasilədən sonra ilk birbaşa danışıqlar 16 mayda İstanbulda baş tutub.
Oxşar xəbərlər
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. BAKU.WS xəbər verir ki, bu mərhələdə ailələr C...