Putin Türkiyə ilə sərhədə Kadırovun xüsusi təyinatlılarını yerləşdirdi

25
okt
2019
12:19
Rusiya Suriyada xüsusi vəzifələrin yerinə yetirilməsi üçün Çeçenistandan daha 300-ə yaxın hərbçini Türkiyə ilə sərhədə yerləşdirib. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə ilə sərhədin 30 kilometrliyində patrul nəzarəti təşkil edəcək çeçen xüsusi təyinatlılar üçün "Hmeymim" aviabazasına 20-dən çox "Tiqr" və "Tayfun-U" zirehli avtomobillər də göndərilib. Rusiya ordusunun hərbçiləri yaxın vaxtda vəzifələrini yerinə yetirməyə başlayacaq.Nazirlikdən bildirilib ki, çeçen hərbçilər Türkiyə ordusunun mövqeləri ilə yaxın ərazidə yerləşən kürdlərin yaşadığı rayonlarda əhalinin təhlükəsizliyini təmin edəcək.
Oxşar xəbərlər
Terrorçular Türkiyə sərhədindən geri çəkilməyə başladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasındakı Soçi görüşündə əldə edilən razılığa əsasən YPG terrorçuları Türkiyə ilə sə...
