Putin təsdiqlədi: Rusiyada doqquz gün qeyri-iş günü olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putin, ölkədə oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günlərinin tətbiqi təklifini dəstəkləyib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Rusiya dövlətinin başçısı qeyd edib ki, lazım gələrsə, sərt məhdudiyyətlər noyabrın 7-dən sonra da uzadıla bilər.
V.Putin həmçinin əlavə edib ki, yoluxma faizi yüksək olan regionlar isə artıq 23 oktyabrdan etibarən qeyri-iş günləri rejiminə keçə bilər.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Baş nazirin müavini Tatyana Qolikova, koronavirusla əlaqədar vəziyyətin pisləşməsi fonunda qeyri-iş günü rejiminin tətbiq edilməsi təklifi ilə Prezidentə müraciət etmişdi.
Oxşar xəbərlər
Putin pandemiyaya görə 9 gün qeyri-iş günü elan etdi
Rusiya Prezidenti Vladimir Putin 30 oktyabr-7 noyabr tarixlərində ölkədə qeyri-iş günlərinin olması barədə təklifi dəstəkləyib. BAKU.WS xəbər verir ki, bu barəd...