Putin son günlərin gərginliyi fonunda Paşinyanın zəngindən danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Ermənistanın hökumət başçısının ona zəng vurub-vurmadığı barədə sualı cavablandırarkən bildirib.
“Paşinyan mənə ətraflı məktub göndərdi. Biz onunla təmasdayıq. Ermənistanla, baş nazir Paşinyanla heç bir problemimiz yoxdur”, - deyə o vurğulayıb.
Putin Paşinyanın İrəvana nə Moskvanın, nə də KTMT-nin kömək etdiyi barədə iddialarını da cavablandırıb.Onun sözlərinə görə, Ermənistanın bu iddiaları əsassızdır.
“Əgər İrəvan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, onda söhbət nədən gedir? Bütün məsələlərin əsas məğzi budur: Qarabağın statusunu Ermənistanın özü müəyyən edib”, - deyə o vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...