Putin Ərdoğanla görüşməmək üçün tədbirə gecikdi (FOTO, VİDEO)

Putin Ərdoğanla görüşməmək üçün tədbirə gecikdi (FOTO, VİDEO)
Video
Siyasət 2945

 

Parisdə bu gün BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP 21 konfransı öz işinə başlayıb.

 

BAKU.WS-in məlumatına görə, konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. Tədbirin məqsədi planetin orta temperatur artımının selsi cədvəli üzrə 2 dərəcədən aşağı səviyyədə saxlanılmasına dair beynəlxalq sazişin imzalanmasıdır. 

Ölkələr bu konfransda iqlim dəyişikliyinin qarşısının alınması üçün tullantı qazların azalması haqqında razılaşma əldə etməyi ümid edir. Bununla yanaşı, iqlim dəyişikliyiylə mübarizə üçün ildə 100 milyard dollar vəsait toplanacağı ümid edilir.

Ancaq çox ekspertlər və jurnalistlər hesab edirlər ki, müzakirələrin gedişatında ekologiya vəziyyət ikinci plana çəkiləcək və birinci planda siyasət olacaq. Bəzi dünya liderləri artıq Parisə gəliblər və şəkil çəkmə rəsmi mərasimində iştirak ediblər. O faktdır ki, siyasətlər şəkil çəkdirərkən Rusiya prezidenti Vladimir Putinin təyyarəsi hələ təzəcə Parisə enirdi. Sammitin təşkilatçıları Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın yolları kəsişməsin deyə belə bir qərar qəbul ediblər. 

Xatırladaq ki, Kremlin sözcüsü Dimitri Peskov Vladimir Putinin konfrans çərçivəsində Ərdoğanla görüşünün planlaşdırılmadığını bildirib. 

Şahin Həbibov

BAKU.WS

Putin Ərdoğanla görüşməmək üçün tədbirə gecikdi (FOTO, VİDEO)

Putin Ərdoğanla görüşməmək üçün tədbirə gecikdi (FOTO, VİDEO)

Putin Ərdoğanla görüşməmək üçün tədbirə gecikdi (FOTO, VİDEO)

Putin Ərdoğanla görüşməmək üçün tədbirə gecikdi (FOTO, VİDEO)

Oxşar xəbərlər

Dekabr ayının hava proqnozu açıqlandı

Dekabr ayının hava proqnozu açıqlandı

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən...

5016 Şou-biznes 11:11 30 noyabr 2015

Son xəbərlər