Putin Qorbaçovla vidalaşdı - VİDEO

Putin Qorbaçovla vidalaşdı - VİDEO
Video
Siyasət 412

Rusiya Prezidenti Vladimir Putin avqustun 30-u 91 yaşında vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla vidalaşıb.

BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, Putin Mərkəzi Klinik Xəstəxanaya gələrək Qorbaçovun tabutu üzərinə gül qoyub.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qorbaçovla vida mərasimi sentyabrın 3-ü təşkil ediləcək. Onun sözlərinə görə, Putin Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək.

Xatırladaq ki, Mixail Qorbaçov həyat yoldaşı Raisa Qorbaçovanın yanında Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

Oxşar xəbərlər

Son xəbərlər