Putin Prezident seçkilərində iştirakla bağlı sənədləri MSK-ya təqdim edib
18
dek
2023
18:09
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim edib.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Putin özünün namizədliyini irəli sürür. Rusiya Federasiyası Prezidentinin seçkiləri haqqında qanuna görə, bunun üçün o, azı 500 nəfərdən ibarət seçici qrupu yaratmalı idi. Qrup iclası dekabrın 16-da baş tutub, iştirakçılar yekdilliklə V.Putini dəstəkləyiblər.
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...