Putin Makronun Qarabağla bağlı açıqlamalarına CAVAB VERDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Qarabağla bağlı açıqlamalarını “yanlış və qəbuledilməz” adlandırıb.
BAKU.WS TASS-a istinadla xəbər verir ki, bu barədə Vladimir Putin Qazaxıstanın paytaxtı Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində bildirib.
Çıxışı zamanı Rusiya lideri bildirib ki, dünən Fransa liderinin bəzi şərhlərini oxuyanda təəccüblənib.
“Hesab edirəm ki, onların münaqişənin gedişatından anlayışları yoxdur” deyən Putin əlavə edib ki, görünür, Makron tərəflərin mövqeyi barədə məlumatsızdır:
“Ona görə də, onlar (Fransa prezidentinin bəyanatları - red.) yanlış səslənib, hətta deyərdim ki, təhrif olunub, ona görə də qəbuledilməzdir”.
“Fürsət olsa, biz bunu Fransa prezidenti ilə müzakirə edəcəyik”, - deyə Rusiya lideri bildirib.
V.Putin vurğulayıb ki, Rusiya istənilən münaqişəni səmimi şəkildə həll etməyə çalışıb.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Rusiyanı Cənubi Qafqazda pozuculuq fəaliyyətində, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əməli addım atmamaqda ittiham etmişdi.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...