Putin Ərdoğanla Moskvadakı görüşün nəticələri barədə danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana 11 yanvarda baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün nəticələri barədə məlumat verib.
BAKU.WS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı baş tutub. Vladimir Putin 9 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ Bəyannaməsinin icrasına baxıldığı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar Moskvada keçirdiyi üçtərəfli görüşün əsas nəticələri barədə məlumat verib", - deyə məlumatda bildirilir.
“Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ nizamlanması istiqamətində Rusiyanın səylərini dəstəklədiyini, bölgənin iqtisadi inkişafı və qarşılıqlı faydalı layihələrin təşviqi daxil olmaqla, Rusiya ilə Türkiyə arasındakı faəliyyətlərin koordinasiyasının davam etdirilməsinin tərəfdarı olduğunu bildirib”, - deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...