Putin “Crocus City Hall”da terror aktını sifariş edənlərin məqsədlərini açıqladı: “Buna imkan verməməliyik”
02
apr
2024
21:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətində “Crocus City Hall”da terror aktını sifariş edənlərin hədəflərini açıqlayıb.
Putin bu barədə Rusiya Daxili İşlər Nazirliyinin kollegiya iclasında danışıb.
Onun sözlərinə görə, “Crocus City Hall”da terror aktını sifariş edənlərin əsas hədəflərindən biri ksenofobiya və islamofobiyanı qızışdırmaq olub.
“Bu, sifarişçilərin qarşılarına qoyduqları əsas məqsəd idi - Rusiyanı parçalamaq. Biz buna imkan verməməliyik”, - deyə Putin bildirib.
Oxşar xəbərlər
“Crocus”dakı terror aktında ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşib
Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşib. “Report” xəbər verir ki, bu barəd...