Putin “Bayraktar”ın istehsalında Türkiyə ilə əməkdaşlıq etmək istəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və BƏƏ-nin “Bayraktar” pilotsuz uçan aparatlarının istehsalı sahəsində əməkdaşlıq qurmaq istəyini bildirib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin iclasında “Baykar Makina”nın yeni müştəriləri - Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən danışıb.
Belə ki, Rusiya Prezidenti Vladimir Putin ona Rusiyanın PUA istehsalı sahəsində əməkdaşlıq etmək istədiyini qeyd edib. BƏƏ artıq “Baykar Makina” zavodunun yaradılması təklifi ilə çıxış edib. Bundan başqa, Səudiyyə Ərəbistanı Türkiyənin “Akıncı” pilotsuz təyyarələrinə maraq göstərir.
Oxşar xəbərlər
“Akıncı” rekordunu yenilədi – VİDEO
Türkiyənin “Baykar” müdafiə sənayesi müəssisəsinin rəhbəri Selçuk Bayraktar “Akıncı” PUA-sı ilə bağlı paylaşım edib. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki,...