Prorektor: “Kibertəhlükəsizlik üzrə iş yerlərinin sayı 31% artacaq”

“Yaxın 10 il ərzində dünyada kibertəhlükəsizlik üzrə iş yerlərinin sayının 31% artacağı gözlənilir".
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.
"Bu gün yaradılan assosiasiya dediyim sahədə kordinasiyalı işə çox kömək olacaq. Bizim kadrlarımız xarici bazarlara üstünlük verirlər və yerli bazarda qıtlıq yaranır. Hazırda dünyada kibertəhlükəsizlik sahəsində 3 milyondan çox vakant yer var. ADA Universiteti kadr potensialının formalaşdırılması üçün bir sıra işlər görür. Eyni zamanda gələcəkdə bununla bağlı təlimlərin keçirilməsi planlaşdırılır. Yeni assosiasiyanın üstünlüyü odur ki, biz xaricdən gələn təklifləri birgə müzakirə edib qərarlar verə bilərik”, - deyə o, qeyd edib.
Oxşar xəbərlər
Yüksək əməkhaqqısı olan işlər açıqlandı – Ən yüksək maaş 234 min AZN-dir
Amerika Birləşmiş Ştatlarında yaxın 10 il ərzində ən çox üstünlük verilən və əməkhaqqısı yüksək olan işlərin adları açıqlanıb. BAKU.WS “ntv.com”a istinadən xəbə...
