Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü məlum olub
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəli dərc edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası qərar verib.
Cədvəli təqdim edirik:
15 yanvar 2024-cü il
Televiziyada “Dəyirmi masa” formatında
| Həftənin günləri | Efirəçıxma tarixi | Efirəçıxma vaxtı |
| Bazar ertəsi, çərşənbə və cümə | 15.01.2024 | 21.00 |
| 17.01.2024 | ||
| 19.01.2024 | ||
| 22.01.2024 | ||
| 24.01.2024 | ||
| 26.01.2024 | ||
| 29.01.2024 | ||
| 31.01.2024 | ||
| 02.02.2024 | ||
| 05.02.2024 |
Radioda “Dəyirmi masa” formatında
| Həftənin günləri | Efirəçıxma tarixi | Efirəçıxma vaxtı |
| Çərşənbə axşamı, cümə axşamı və şənbə | 16.01.2024 | 21.00 |
| 18.01.2024 | ||
| 20.01.2024 | ||
| 23.01.2024 | ||
| 25.01.2024 | ||
| 27.01.2024 | ||
| 30.01.2024 | ||
| 01.02.2024 | ||
| 03.02.2024 |
Ayrılmış efir vaxtı istifadəçilərinin masa ətrafında yerləşdirilməsi və aparıcı tərəfindən “Dəyirmi masa”nın aparılma ardıcıllığı
| Namizədin soyadı, adı, atasının adı | Aparıcıdan | |
| sağda | solda | |
| 1. Oruc Zahid Məhərrəm oğlu | 1 | |
| 2. Mustafa Fazil Qəzənfər oğlu | 2 | |
| 3. Əliyev İlham Heydər oğlu | 3 | |
| 4. Musayev Elşad Nəbi oğlu | 4 | |
| 5. Həsənquliyev Qüdrət Müzəffər oğlu | 5 | |
| 6. Nurullayev Razi Qulaməli oğlu | 6 | |
| 7. Əliyev Fuad Ağasi oğlu | 7 | |
İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış efir vaxtı püşkatma ilə müəyyən edilmiş qaydada və müddətdə (2024-cü il yanvarın 15-dən fevralın 6-dək) “dəyirmi masa” formatında istifadəçilərin sərəncamına veriləcək.
Həftədə 3 dəfə saat 21.00-da başlamaqla televiziyada, 3 dəfə isə saat 21.00-da başlamaqla radioda hər dəfə 1 saat davam edən “dəyirmi masa”da hər bir namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı ayrılacaq.
İstifadəçi ona ayrılmış efir vaxtından qanunvericiliklə müəyyən edilmış qaydada seçkiqabağı təşviqat məqsədləri üçün və “dəyirmi masa” formatında öz mülahizəsinə uyğun istifadə edə bilər.
Oxşar xəbərlər
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsd...