Prezidentin zarafatı gülüşə səbəb oldu: "Yaxşı ki, şalvarımı istəmədin" (VİDEO)
20
noy
2017
14:44
Qırğızıstan prezidenti Almazbek Atambayevin mətbuat konfransında maraqlı anlar yaşanıb.BAKU.WS-in məlumatına görə, “De Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov sual vermək üçün mikrofona yaxınlaşıb, amma sual əvəzinə prezident Atambayevə yuxusunu danışıb. Deyib ki, yuxuda prezidentin öz saatını ona verdiyini görüb və bu səbəbdən də Atambayevdən saatını istəyib. Prezident isə zarafatla “Yaxşı ki, şalvarımı istəməmisən” deyərək qolundakı saatı açıb jurnalistə verib. Prezidentin zarafatı gülüşə səbəb olub. BAKU.WS
Oxşar xəbərlər
Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar olub (SİYAHI)
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub. "Report"un məlumatına görə, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin...