Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın şəhər planı tərtib edilərkən fiziki görünüşü olduğu kimi qorunub”
Yeniliklərdən dərhal xəbərdar olun
“Şuşanın şəhər planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorunub”.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
“Biz bu yöndə Şuşanın sakinləri ilə məsləhətlər aparmışıq, ona uyğun Baş planı qurmuşuq. Buna əsasən, Şuşada çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulmayıb”, - o deyib.
Aydın Kərimov bildirib ki, tarixi və mədəni irs abidələrinə xüsusi diqqət var:
“Şuşada 200-dək belə abidə var ki, bəzisi dağıdılıb”.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...