Prezidentin xüsusi nümayəndəsi: "2026-cı ilin sonunadək Ağdam və Füzuli şəhərləri ilə yanaşı, 22 kənd də bərpa olunacaq"
"2026-cı ilin sonunadək Ağdam şəhərindən başqa 12 kənd və Füzuli şəhərindən başqa da 10 kənd bərpa olunaraq təhvil veriləcək".
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, artıq Füzuli şəhərinə köçmüş vətəndaşlarla mütəmadi iş aparılır: "Onların məşğulluğunun təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülüb. Hazırda 333 ailə orada məskunlaşıb. Bu yaxınlarda orada əmək yarmarkası da keçirilib. İlk dəfə olaraq sakinlərimiz 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni İli öz doğma torpaqlarında qeyd edəcəklər".
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...