Prezidentin Naxçıvana təyin etdiyi yeni xüsusi nümayəndə KİMDİR? - DOSYE
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.
BAKU.WS Ceyhun Cəlilov dosyesini təqdim edir:
Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.
O, 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" sahəsi üzrə bakalavr, 2012-ci ildə isə magistr dərəcəsi alıb.
2012-2013-cü illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"-nın maliyyələşməsi çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Esseks Universitetində Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 2023-2025-ci illər ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) Dövlət və ictimai idarəetmə üzrə idarəedici rəhbərlər üçün magistr dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə 2011-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində başlayıb.
2013-2021-ci illərdə BP Exploration (Caspian Sea) LTD-nin Maliyyə departamentində kommersiya fəaliyyəti, planlama və maliyyə idarəetməsi funskiyaları üzrə bir sıra vəzifələrdə əmək fəaliyyətini davam etdirib.
2021-2023-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində İdarə Heyəti sədrinin müşaviri və İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib.
2024-cü il 25 aprel tarixində isə Naxçıvan Muxtar Resublikasının Baş naziri vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
Oxşar xəbərlər
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin ü...