Prezidentin köməkçisi: "Səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir"

"İranda səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq".
BAKU.WS xəbər verir ki, bunu "report"un sualına cavabında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.
Onun sözlərinə görə, İranda Azərbaycan səfirliyində baş verən terrorla bağlı artıq hər kəs məlumatlıdır:
"Sözsüz ki, məsələ tam aydınlaşdırılmalıdır. Hadisədən zərər çəkmiş bütün vətəndaşlarımız dövlətin nəzarətindədir. Hesab edirəm ki, dünya onların (İranın - red.) əcaib işlərinə qiymət verirlər, törədilmiş qəsdi pisləyirklər".
"Məsələni tam aydınlaşdırmaq üçün müəyyən qədər vaxt lazımdır. Hazırda dövlətimiz tərəfindən bu hadisə ciddi araşdırılır" -, M. Əliyev vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
