Prezidentin köməkçisi: “Erməni millət vəkili Azərbaycana qarşı terrora çağırış edir”
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni millət vəkili Naira Zoqrabyanın terrora çağırış etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zoqrabyan. Həmçinin Avropa Şurası və qurumun Parlament Assambleyasında təmsil olunur. Mingəçevir su anbarını vurmaqla Azərbaycana qarşı terrora və müharibə cinayətlərinə çağırış edir. Bu cür düşünən siyasətçi AŞPA-dakı mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq”, - deyə H.Hacıyev qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...