Prezidentin köməkçisi: "Biz Ermənistanla sülh müqaviləsinin bağlanmasında iddialıyıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan torpaqları işğal altında idi, Azərbaycanın uğurla apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanı sülhə məcbur etdi, torpaqlarını işğaldan azad etdi".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
O edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib:
"Lakin Azərbaycan özü təkbaşına Dağlıq Qarabağ münaqişəsini həll etdi. Hazırda Zəngəzur dəhlizinin açılmasi ilə bağlı danışırıq. Azərbaycan sülh müqaviləsinn bağlanması ilə bağlı təkliflər irəli sürüb. Biz sülh müqaviləsinin bağlanmasına iddialıyıq".
Oxşar xəbərlər
İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak etdi - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan son...