Prezidentin köməkçisi: "Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər"
Yeniliklərdən dərhal xəbərdar olun
"Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər".
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və daha səmərəli yoldur:
"Bu yolun düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanları var. Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir. Ağdam-Xankəndi yolu vasitəsilə istənilən yükün çox qısa müddət ərzində Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər".
Oxşar xəbərlər
Prezident Administrasiyası rəsmilərinin vətəndaşlar üçün qəbul cədvəli açıqlanıb - SİYAHI
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2023-cü ilin mart ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. BAKU.WS cə...