Prezidentin işdən çıxardığı Nazim İbrahimova yeni vəzifə verildi
31
may
2018
10:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri təyin edilib.BAKU.WS teleqraf.com-a istinadla xəbər verir ki, daha öncə Mərkəzin İdarə Heyətinin üzvü olan Nazim İbrahimov fəaliyyətini qurumun sədri kimi davam etdirəcək.Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.Mərkəz 30 sentyabr 2012-ci ildə Gəncədə təsis edilib. Təşkilatın qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə Heyətidir.Mərkəzə daha öncə Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin həmsədrlik ediblər.BAKU.WS
Oxşar xəbərlər
Ramiz Mehdiyev: "Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib"
“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki,...