“Prezidentimiz təkcə dövlət başçısı kimi deyil, böyük sərkərdə olaraq, Azərbaycan xalqını qələbəyə apardı” - ŞƏRH - FOTO

“Prezidentimiz təkcə dövlət başçısı kimi deyil, böyük sərkərdə olaraq, Azərbaycan xalqını qələbəyə apardı” - ŞƏRH - FOTO
Siyasət 2

“İşğalçı Ermənistana qarşı aparılan Vətən Müharibəsində qələbənin memarı cənab prezidentimiz, silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

“8 noyabr Zəfər Günü qədim, zəngin, çoxəsrlik tariximizin ən şanlı səhifələrindən biridir. 2020-ci il 20 sentyabrda başlanan və noyabrın 8-də Şuşanın - milli mənəvi şəhərimizin düşmən işğaləndan azad edilməsi Azərbaycan xalqının qürur səhifəsidir”, - deyə, o, vurğulayıb.

“Prezidentimiz təkcə dövlət başçısı kimi deyil, böyük sərkərdə olaraq, Azərbaycan xalqını qələbəyə apardı” - ŞƏRH - FOTO

Millət vəkilinin sözlərinə görə, müharibə təkcə döyüş meydanında aparılmaz:

“Müharibənin adətən 3 starteji mərhələsi olur: Müharibəyə qədərki və ya hazırlıq mərhələsi, müahirbənin aparıldığı mərhələ - açıq döyüşlər və sonuncu, müharibədən sonrakı mərhələ.

Hər üç mərhələnin qurucusu, yaradıcısı, qələbəbin təmin edicisi dövlət başçımızdır. 2003-cü ildən, 2020-ci ilin sentyabr ayının 27-nə qədər İlham Əliyev öz çıxışlarında bildirdi ki, biz torpaqlarımızın işğal altında qalması ilə razı olmayacağıq. Hansı vasitələrlə olursa-olsun azad edəcəyik.

2003-cü ildə hələ baş nazir olarkən BMT baş məclisində çıxışı zamanı İlham Əliyev birmənalı şəkildə bildirdi ki, Azərbaycan, torpaqlarının işğal altında qalması ilə qətiyyən barışmayacaq. Sonrakı dövrlərdə bütün çıxışlarında dövlət başçımız bu xətti yürütdü. Həmin məqsədə nail olmaq üçün Azərbaycanın modernləşməsi xətti götürüldü. Güclü ordu quruldu, müdafiə sənayesi yaradıldı. İqtisadiyyat inkişaf etdirildi, milli ruh yüksəldildi”.

M.Qasımlı Prezident İlham Əliyevin bu illər ərzində yürütdüyü “yumuşaq güc” siyasətinin önəminə də toxundu:

“ilk dəfə olaraq cənab prezidentimiz yumuşaq güc siyasətindən məharətlə istifadə etdi. Ermənistan hər yerdə təxribat aparırdı ki, guya bu müharubə xristian-müsəlman davasıdır.

Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun gördüyü işlər, xarici ölkələrdə kilsələrin bərpası, sivilizasiyalararası dialoq, humanitar forumlar Azərbaycanın yumuşaq güc siyasətinin rəmzi oldu. Azərbaycan məharətlə idman diplomatiyasından istifadə etdi. Birinci Avropa oyunlarının, Dördüncü İslam Həmrəyliyi oyunlarının Bakıda təşkili Azərbaycanın mövqelərini möhkəmləndirdi.

Müharibə dövründə isə, cənab prezidentimiz təkcə dövlət başçısı kimi deyil, böyük sərkərdə olaraq, Azərbaycan xalqını qələbəyə apardı. Zaman gələcək, hərbi əməliyyatların necə planlaşdırıldığını və həyata keçirildiyini hərb tarixçiləri araşdırıb ortaya qoyacaqlar. Nə üçün birinci olaraq Ağdamdan hücuma keçilmədi? Nə üçün Cəbrayıldan sonra Füzuli şəhəri azad edildi və s.".

Son xəbərlər