Prezidentdən yeni SƏRƏNCAM

Prezidentdən yeni SƏRƏNCAM
Siyasət 1976

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı-Şamaxı-Yevlax (33 km)-Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, Sərəncamda qeyd edilir ki, Bakı-Şamaxı-Yevlax (33 km)-Pirəkəşkül avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Oxşar xəbərlər

Son xəbərlər