Prezident valyuta cəriməsinə veto qoydu
Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş yeni cərimənin tətbiqinə veto qoyub.
Fins.az-ın məlumatına görə, söhbət ölkədən kənara valyuta köçürülərkən ödənilməli olan icbari yığımdan yayınan vətəndaşlara qoyulacaq cərimədən gedir.
Xatırladaq ki, yanvarın 19-da Milli Məclis «Valyuta tənzimlənməsi haqqında» qanuna dəyişikliklər etmişdi. Dəyişikliklərə görə, ölkədən vadyuta çıxaran şəxslər həmin məbləğin 20%-i qədər dövlət büdcəsinə icbari yığım ödəməli idilər. Paralel olaraq Milli Məclis İnziati Xətalar Məcəlləsinə də dəyişiklik etdi və məcəlləyə bu qaydaya əməl etməyənlər üçün cərimələr daxil edildi. İnzibati Xətalar Məcəlləsinin 225.5-ci maddəsinə edilən əlavəyə görə, ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğ qədər cərimə ödəməli idi.
Amma, məlum olduğu kimi, prezident «Valyuta tənzimlənməsi haqqında» qanuna dəyişiklikləri təsdiqləməyib. Dövlət başçısı bu qərarın investorlara mənfi təsirini nəzərə alaraq qanuna veto qoyub və dəyişikliklərin ləğv edilməsi ilə bağlı Milli Məclisə etiraz ünvanlayıb. Bu etirazı nəzərə alan Milli Məclis özü də "Valyuta tənzimi haqqında” qanuna etdiyi dəyişiklikləri ləğv edib.
Qanuna dəyişikliklərin ləğv edilməsi ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik və yeni cərimə də əhəmiyyətini itirib. Ona görə də, dövlət başçısı avtomatik olaraq həmin cərimənin tətbiqinə də veto qoyub.
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərə MMX ilə bağlı bəd xəbər
Artıq rəsmi dərc olunmuş və martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsi sürücülərin törətdiyi və elektron protokolla rəsmiləşdirilən qayda pozu...