Prezident: Ümidvaram ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar sülh sazişinin imzalanması ilə başa çatacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev bu prosesin (Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları - red) sülh sazişinin imzalanması, tarixin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacağına ümidvar olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə dövlət başçısı martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.
"Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemeleviçə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq", - Azərbaycan lideri qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - FOTO
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxı...