Prezident Tərcümə Mərkəzinin fəaliyyəti ilə bağlı fərman imzalayıb
28
fev
2018
20:53
Azərbaycan prezidenti İlham Əliyev Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. BAKU.WS-in məlumatına görə, Tərcümə Mərkəzinin təsisçisinin publik hüquqi şəxsin inkişaf istiqamətlərinin müəyyən edilməsi səlahiyyətini Mərkəz, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan digər səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, Mərkəzin nizamnaməsini, strukturunu və işçilərinin say həddini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin istifadəsində olan dövlət əmlakının Mərkəz publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində onun balansına verilməsini təmin etmək tapşırılıb. BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Silahlı Qüvvələr haqqında qanunun tətbiqi barədə fərman imzalayıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun...