Prezident TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb.
Dövlətimizin başçısı bununla bağlı deyib: "Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib".
Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...