Prezident: “Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı”
Yeniliklərdən dərhal xəbərdar olun
“Keçən il Milli Qurtuluş Günündə, iyunun 15-də hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.
“15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Və bu müttəfiqlik özünü hər yerdə göstərir: siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat projelərinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində”, - Prezident İlham Əliyev qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...