Prezident Silahlı Qüvvələr haqqında qanuna dəyişikliyi təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik təsdiqlənib.
BAKU.WS xəbər verir ki, dəyişikliklə bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.
Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № I, maddə 23) 9.6-cı maddəsində “Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə)” sözləri “Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə)” sözləri ilə, “tələbat” sözü “təminat” sözü ilə əvəz edilib.
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. BAKU.WS "report"a istinadən xəbər , dekabrın 20-də keçiləcək toplantını...