Prezident: "Şanlı Zəfərimiz bizim qürur mənbəyimizdir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar.
BAKU.WS xəbər verir ki, dövlət başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində qonaq olduqdan sonra digər kənd sakinləri ilə görüşüb, onlarla səmimi söhbət aparıblar.
Görüş zamanı kənd sakinlərindən biri 30 illik həsrətdən sonra doğma yurda qayıtmağın qürurunu bu sözlərlə ifadə edib:
"Cənab Prezident, 1992-1993-cü illərdə biz buradan ağlayaraq, sürünərək getmişik. İndi buraya sevinc hissi ilə qayıtmışıq, Sizin sayənizdə qayıtdıq, Sizin rəhbərliyinizlə, Sizin "dəmir yumruğ"unuz sayəsində, Ordumuzun gücü ilə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Mən o vaxt buradan tək çıxmışdım, bu gün isə bura 6 övladımla gəlmişəm".
Prezident İlham Əliyev ailəyə xoş arzularını bildirib və Xanoba kəndinin 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri nəticəsində azad edildiyini xatırladaraq vurğulayıb:
"Doğrudan da böyük xoşbəxtlikdir. Artıq iki ildir ki, bu diyar işğalçılardan azad olunub, Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir və bundan sonra artıq bərpa işləri başlanmışdır, evlər yenidən tikildi-quruldu, bütün şərait yaradıldı. Yəni bu şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir".
Oxşar xəbərlər
İlham Əliyevin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Xocavənd rayonunun Xanoba kəndinə səfəri ilə bağlı videoçarx paylaşılıb. BAKU.WS videoçarxı təqdi...