Prezident: Qardaş Pakistan ilə dostluq və əməkdaşlığın inkişafı bizim üçün xüsusi əhəmiyyət kəsb edir
Qardaş Pakistan ilə möhkəm təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə təbrik məktubunda deyilir.
"Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi və dərinləşdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...