İlham Əliyev: "Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir"
Yeniliklərdən dərhal xəbərdar olun
Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən bildirib.
"Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük. Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır", - deyə dövlətimizin başçısı əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...