Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.Dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...