Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə paylaşım edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev 7 aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə paylaşım edib.
BAKU.WS-in məlumatına görə, paylaşımda qeyd edilib:
“7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.
— İlham Əliyev (@azpresident) April 7, 2023
Oxşar xəbərlər
Prezident İlham Əliyev X Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB - TAM MƏTN - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağı...