“Prezident İlham Əliyev Ulu Öndərə və xalqına verdiyi sözü tutdu” - ŞƏRH - FOTO

“Prezident İlham Əliyev Ulu Öndərə və xalqına verdiyi sözü tutdu” - ŞƏRH - FOTO
Siyasət 111

"Prezident İlham Əliyev 44 gün boyunca bütün təzyiqlərə və təhdidlərə böyük cəsarətlə sinə gərdi, mövqeyindən dönmədi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi”.

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

“44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsidir, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Tarixin bir çağının yenisi ilə əvəz olunmasıdır. Bu savaşda Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi”, - deputat xalq və dövlət birliyinin önəmini bildirib.

“Prezident İlham Əliyev Ulu Öndərə və xalqına verdiyi sözü tutdu” - ŞƏRH - FOTO

M.İbrahimqızı onu da qeyd etdi ki, Vətən Müharibəsindən sonra dünyanın əlli ən böyük ordusundan biri olan Azərbaycan Ordusu yenilməz Ali Baş Komandanı ilə dünyanın gündəminə çevrildi:

“Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev əzmkarlığı və dəyişməz siyasi iradəsi ilə, ölkəyə rəhbərlik etdiyi 17 ildə həyata keçirdiyi siyasətlə Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi.

“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün edərək Ermənistanın hərbi kaputilyasiyasına nail oldu.

44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar”.

Geriyə, şanlı 44 günə nəzər salan millət vəkili vurğuladı ki, işğal müddəti ərzində millətimiz daim vətən həsrətini, sevgisini ürəyində daşıyıb cənab İlham Əliyevə arxalandı və bunun sayəsində qələbə qazandı:

“Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəiyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı, nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.

Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi.

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının prezidenti olduğunun şahidi olur.

30 ildən sonra prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

Şərəf və Ləyaqət rəmzi olan 44 günlük qəhrəmanlıq savaşımız Azərbaycan xalqı var olduqca daima qürur mənbəyimiz olaraq qalacaq! Allah Əziz Şəhidlərimizə rəhmət eləsin!

Yaşasın Azərbaycan Xalqı!

Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Yaşasın Qəhrəman Milli Ordumuz!”

Son xəbərlər