Prezident İlham Əliyev Latviyanın Baş nazirinin müavinini qəbul etdi - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi. İqtisadiyyat, ticarət, investisiya, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Azərbaycan-NATO əlaqələrinə toxunuldu, Prezident İlham Əliyevin ötən il NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri, Baş katib Yens Stoltenberq ilə görüşü və Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlandı, Azərbaycanın NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirakı vurğulandı.
Görüşdə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi, bu baxımdan ötən il keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının Sammitinin əhəmiyyəti qeyd edildi.
Qonaq ikinci Ermənistan-Azərbaycan müharibəsində əldə etdiyimiz Qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
***12:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...