Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.
BAKU.WS xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.
Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri xatırlanıb, səfər zamanı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub.
Dövlətimizin başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
***10:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub - FOTO - YENİLƏNİB
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. B...