Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinə sədr müavini təyin etdi - FOTO

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinə sədr müavini təyin etdi - FOTO
Foto
Siyasət 503

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edib.

BAKU.WS haqqın.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Bəhruz Quliyev Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

Qeyd edək ki, Bəhruz Quliyev 2018-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olub.

2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakültəsinin əyani şöbəsinə daxil olub.

2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirib.

2011-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirmişdir. Milli Aviasiya Akademiyasının Doktorantıdır.

2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib.

7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

2018-ci ildə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalları ilə təltif olunub.

Ailəlidir, 4 övladı var.

Son xəbərlər