Prezident İlham Əliyev: "Biz bütün hərbi əsirləri qaytarmışıq"
Yeniliklərdən dərhal xəbərdar olun
“Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan bütün əsirləri qaytarmışıq”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
“Özü də biz əsirləri onların bizə qaytardığından qabaq vermişik. Bu adamlar isə bu kateqoriyaya daxil deyillər, onlar diversant və terrorçudurlar. Beləliklə, Ermənistan və digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir.
Ancaq biz işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyini yetərincə təmin edirik, müntəzəm reydlər, PUA-lar vasitəsilə, həmçinin vizual monitorinq keçiririk. Yəni vəziyyət tamamilə nəzarətimiz altındadır”, - deyə Prezident vurğulayıb.
Oxşar xəbərlər
Bir qrup hərbi qulluqçu “Vətən uğrunda” medalı ilə təltif edildi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqındasərəncam imzalayıb....