Prezident İlham Əliyev: "Bəzi məmurlar onların gəlirlərinə göz dikirlər"

Prezident İlham Əliyev: Bəzi məmurlar onların gəlirlərinə göz dikirlər
Siyasət 122

"Bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər. Hansısa layihəni icra etmək istədikdə, hansısa investisiyanı qoymaq istədikdə, məmurlar tərəfindən problemlərlə üzləşirlər".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

Prezident əlavə edib ki, bəzi məmurlar sahibkarların layihələrinə şərik çıxmaq istəyirlər: "Bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə siz sahibkarları cəlb etməlisiniz. Siz onları inandırmalısınız".

Oxşar xəbərlər

Son xəbərlər