Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə edib.
Qonaq ABŞ Dövlət katibinin salamlarını Prezident İlham Əliyevə çatdıraraq vurğulayıb ki, Antoni Blinken də Münxen görüşünün səmərəli keçdiyi qənaətindədir.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
***12:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirak edib - VİDEO - YENİLƏNİB
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. AZƏRTAC...