Prezident köməkçisi: "Bu, Ermənistanın əvvəlcədən planlaşdırdığı hərbi təcavüzdür" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Tovuz istiqamətində təxribatdan dərhal sonra aidiyyətli dövlət qurumlarına zəruri tapşırıqlar verilib”.
BAKU.WS xəbər verir ki, bu fikirləri bu gün keçirilən mətbuat konfransında Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, məsələyə Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən tam qiymət verilib:
"Ermənistan UAZ avtomobilinin postlarına yaxınlaşdığını iddia edir. Bu, əsassızdır. Azərbaycanın Ermənistanla Tovuz istiqamətində sərhəddə hər hansı hərbi məqsədi yoxdur. Azərbaycanın Ermənistanla həmin sərhədində nəzarətin ordudan Sərhəd Qoşunlarına verilməsinə hazırlıq görülür. Bu, Ermənistanın əvvəlcədən planlaşdırdığı hərbi təcavüzdür".
Mətbuat Konfransında çıxış edən XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, Xarici İşlər Nazirliyi tərəfindən ilk olaraq 12 iyul tarixində Tovuz istiqamətində baş verən hadisə ilə bağlı bəyanat səsləndirildi. O bildirib ki, Ermənistanın əməli hərbi təcavüz və terror aktıdır. Beynəlxalq təşkilatlarla bərabər ayrı-ayrı dövlətlər də Ermənistanın təxribatını pisləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə deyib ki, düşmən tərəfinin itkiləri 100-lərlədir. "Aprel döyüşlərində olduğu kimi, Ermənistan döyüş itkilərini ictimaiyyətdən yenə gizlədib”. Onun sözlərinə görə, yəqin ki, bir müddətdən sonra onlar itkilərini mütəmadi olaraq müxtəlif adlar adı altında ortaya çıxaracaqlar:
“Real itkiləri bir müddətdən sonra biləcəyik. Heç bir ərazi itkisinə yol verilməyib. Bir məsələni qeyd edim ki, bir sıra KİV nümayəndəsi döyüşlərdə yaralanmış hərbi qulluqçuları ziyarət etmək istəyir. Ancaq hazırda karantin rejimilə əlaqədar hərbi müəssisəyə daxil olmaq qadağan olunub”, - deyə Vaqif Dərgahlı qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...