Prezident: İnanıram ki, Azərbaycan-İraq dostluq münasibətləri bundan sonra da inkişaf edəcək
İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, həm ikitərəfli qaydada, həm də çoxtərəfli təsisatlarda əməkdaşlığımız daha da genişlənəcək.
BAKU.WS xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin İraq Prezidenti Əbdüllətif Camal Rəşidə bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdıran Prezident İlham Əliyev iraqlı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost İraq xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Oxşar xəbərlər
COP30-da Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib
Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Azərbaycan pavilyonunda Xəzər dənizinin səviyyəsinin azalması məsələsinə həsr olunmuş yüksəksəviyyəli...