Prezident İlham Əliyevin yük maşınını idarə etdiyi anın GÖRÜNTÜLƏRİ

Prezident İlham Əliyevin yük maşınını idarə etdiyi anın GÖRÜNTÜLƏRİ
Video
Siyasət 229

Azərbaycan Prezidenti İlham Əliyev "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak edib.

BAKU.WS xəbər verir ki, "Az-Tex-İmport" MMC 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu müəssisənin təməli də elə həmin il dövlətimizin başçısı tərəfindən qoyulub.

Dövlət başçısı "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobillərdən birinin sükanı arxasına keçib.

Qeyd edək ki, müəssisə İtaliyanın "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Zavodda istehsal ediləcək məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici bazara çıxarılması da nəzərdə tutulur. "Az-Tex-İmport" MMC də Sumqayıt Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən faydalanıb.

Son xəbərlər