Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, mərkəzin binası dörd mərtəbədən və bir zirzəmi qatından ibarət olacaq. Buradakı hoteldə, ümumilikdə, 102 otaq inşa ediləcək. Otaqlardan 91-i standart, 4-ü suit, 4-ü isə "executive" qonaq otaqlarıdır. Digər 3 otaq isə sağlamlığı məhdud insanlar üçün nəzərdə tutulub.
Bundan başqa, mərkəzdə restoranlar, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.
***16:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Azərbaycan istehsalı olan silahlar: Dünya hərb bazarına nələri təklif edə bilirik?
Milli müdafiə sənayesini inkişaf etdirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi ölkə Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Dövlət...