Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı BMT-də islahatlar məsələsinə toxunub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın bu məsələ ilə bağlı öz rolunun olduğunu bildirən dövlətimizin başçısı deyib: "Qoşulmama Hərəkatının sədri olaraq biz islahatlarla bağlı öz versiyamızı təklif etdik. Çünki bu, əhatəli olmalıdır və təmsilçilik səviyyəsində, lazımi səviyyədə olmalıdır. Təklifimiz ondan ibarətdir ki, rotasiya şəklində bir daimi yer Qoşulmama Hərəkatının sədrinə verilməlidir və onun veto hüququ olmalıdır. Digər yer İslam Əməkdaşlıq Təşkilatına ayrılmalıdır. Çünki orada müsəlman ölkələri də təmsil olunmur. O da rotasiya ilə olmalıdır. Daha bir yer isə Afrika İttifaqına ayrılmalıdır. Afrika İttifaqının həmin dönəmdəki sədri orada təmsil olunmalıdır. Bu, ədalətli yanaşma olardı Təhlükəsizlik Şurasında".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...