Prezident İlham Əliyev: Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır
Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
"Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq", - deyən dövlət başçısı bundan sonra da belə olacağına əminliyini ifadə edib.
O deyib ki, əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir
Avropanın mərkəzində - Korsikada onlar (Fransa - red) Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni K...