Prezident İlham Əliyev Belarusun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
![Prezident İlham Əliyev Belarusun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib](https://baku.ws/storage/photos/uploads/thumbs/large/MSrkAUzIbDQRtXX1ygkpJ0GeZFzcFrB3dI5SvzYh.webp)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Belarusun ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.
BAKU.WS xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Xalqlar və ölkələr arasında etimada əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərin inkişafının məmnunluq doğurduğunu dedi, indi münasibətlərin keyfiyyətcə daha yeni səviyyəyə qalxdığını bildirdi. Prezident İlham Əliyev hazırda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd edərək bu istiqamətdə çoxlu layihələrin müzakirə olunduğunu dedi.
Dövlət başçısı Aleksandr Lukaşenko ilə mütəmadi əsasda olan təmaslarının önəminə toxundu, Belarus Prezidentinin Azərbaycana dövlət səfərini və COP29-da iştirakını xatırladı, bunların əməkdaşlığın genişlənməsinə xidmət etdiyini dedi. Həmin səfərlər zamanı müxtəlif istiqamətlərdə əməkdaşlıqla bağlı çox səmərəli danışıqların aparıldığını vurğulayan Prezident İlham Əliyev müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində səyləri qeyd etdi.
Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Dmitri Pineviç ilk gündən ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyi və ona göstərilən diqqəti məmnunluqla vurğuladı.
Səfir Azərbaycan və Belarus prezidentləri arasında olan münasibətlərin ikitərəfli əlaqələrimizin inkişafında xüsusi rolunu qeyd etdi.
Münasibətlərin inkişafı istiqamətindəki işlərlə bağlı böyük məsuliyyət hissi daşıdığını deyən səfir Azərbaycan və Belarus arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Söhbət zamanı iki ölkə arasında innovativ texnologiyalar, tibb, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin humanitar və mədəni əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində Belarus şirkətlərinin iştirakı məsələsinə toxunuldu.
***10:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qalereya
Oxşar xəbərlər
Təxribat və inqilabların himayədarı – iç üzü açılan USAID hər yerdən qovulur
Müstəqil siyasət yürüdən ölkələrdə qarşıdurma və xaos yaratmaqla məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID çətin günlərini yaşayır. Donald Tramp admi...
![](/images/banners/placeholder_home_right_az.jpg)