Prezident İlham Əliyev almaniyalı həmkarına məktub göndərib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Alman Birliyi Günü münasibətilə Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı məktubunda Azərbaycanın Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.
"Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm veririk. İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Almaniya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvar olduğumu bildirirəm.
Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram" - deyə Prezident İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhə...